XƏBƏR, SOSİAL
7-04-2021, 17:35

PUA-ların aşkarlanması üçün akustik sistem hazırlanır

PUA-ların aşkarlanması üçün akustik sistem hazırlanır
İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında “Pilotsuz uçuş aparatlarının audioəlamətlər ansamblı əsasında aşkarlanması üçün akustik sistemin işlənməsi” mövzusunda məruzə dinlənilib.

Qərbinfo.az - ın məlumatına görə, İnstitutdan bildirilib ki, məruzəni təqdim edən magistrant Rəşad İbrahimov pilotsuz uçuş aparatlarının (PUA) aşkarlanması məsələsinin aktuallığı haqqında məlumat verib.

O bildirib ki, hazırda bu qurğuların tətbiqinin intensivləşdiyi bir dövrdə meydana çıxan problemlərdən biri də təhlükəsizlik və məxfiliklə bağlı qaydalara riayət edilməsidir. PUA-ların aşkarlanması sahəsində süni intellekt metodları geniş tətbiq olunur.

Sonda məruzəyə dair fikir mübadiləsi aparılıb, müvafiq istiqamətdə tədqiqatın davam etdirilməsi və beynəlxalq təcrübənin araşdırılması ilə bağlı təklif və tövsiyələr səsləndirilib.






Son Xəbər