XƏBƏR, SOSİAL
7-04-2021, 14:35

Səhiyyə Nazirliyindən TƏBİB-ə keçən səlahiyyətlər

  Səhiyyə Nazirliyindən TƏBİB-ə keçən səlahiyyətlər

Səhiyyə Nazirliyinə aid olan bir sıra səlahiyyətlər TƏBİB-ə verilir.

Qərbinfo.az - ın məlumatına görə, bununla bağlı “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan(qurum)- TƏBİB tərəfindən aparılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) – TƏBİB-in həmin reyestrə çıxışı təmin ediləcək.






Son Xəbər