XƏBƏR, SOSİAL
6-04-2021, 12:17

Şəmkir RİH-in Bir pəncərə Xidmət Mərkəzi vətəndaşlara yüksək səviyyədə xidmət edir

Şəmkir RİH-in Bir pəncərə Xidmət Mərkəzi vətəndaşlara yüksək səviyyədə xidmət edir

Şəmkir RİH “Bir Pəncərə” Xidmət Mərkəzi ötən gün operativ şəkildə vətəndaşların qəbulunu həyata keçirib.

Qərbinfo.az xəbər verir ki, BP Xidmət Mərkəzi ötən gün 128 nəfər Şəmkir sakinin opertiv olaraq qəbulunu həyata keçirib.

“Bir Pəncərə” Xidmət Mərkəzinin könüllülərinin iştirakı ilə qəbula gələn vətəndaşların zala tibbi maska ilə daxil olmalarına və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etmələrinə xüsusi diqqət yetirilib.

Eyni zamanda ehtiyat tədbirləri çərçivəsində “Bir Pəncərə” Xidmət Mərkəzinin binasına daxil olan vətəndaşların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. Vətəndaşlardan qəbulda iştirak edərkən sosial məsafəni saxlamaqla növbələrini gözləmələri xahiş edilib.

Bütün bu qabaqlayıcı tədbirlərlə, pandemiya ilə bağlı mövcud karantin qaydalarına uyğun şəkildə keçirilən qəbulda gün ilk yarısında növbəlilik əsasında 115 nəfər Şəmkir sakininin müraciəti dinlənilib. Qəbul hazırda davam edir.

Qeyd edək ki, "Bir Pəncərə" Xidmət Mərkəzi həftənin 5 günü saat 9:00-dan 18:00-a kimi, həftənin 6-cı günü isə 9:00-dan 13:00-a kimi vətəndaşlara operativ şəkildə xidmət göstərir.Şəmkir RİH-in Bir pəncərə Xidmət Mərkəzi vətəndaşlara yüksək səviyyədə xidmət edir

Son Xəbər