XƏBƏR, SOSİAL
6-04-2021, 09:40

Dünyada pandemiya ilə bağlı son statistika

Dünyada pandemiya ilə bağlı son statistika

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 132 milyon 423 min 821 nəfərə çatıb.

Qərbinfo.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 873 min 801 nəfərdir. İndiyədək 106 milyon 750 min 189 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatına əsasən, ötən sutka ərzində 561 min 783 nəfər koronavirusa yoluxub, 8196 nəfər isə dünyasını dəyişib.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 31 496 976 nəfər virusa yoluxub, 569 282 pasiyent dünyasını dəyişib.

İkinci sırada Braziliya gəlir. İndiyədək bu ölkədə 13 023 189 yoluxma qeydə alınıb. Onlardan 333 153 nəfəri vəfat edib.

Üçüncü sırada yer alan Hindistanda pandemiya dövründə 12 686 049 nəfərdə virus aşkar edilib. Xəstələrdən 165 577 nəfəri həyatını itirib.

Dördüncü yerdə qərarlaşan Fransada 4 833 263 yoluxma, 96 875 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Rusiyada 4 589 540 nəfər virusa yoluxub ki, onlardan 100 717-si ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.






Son Xəbər