XƏBƏR, SOSİAL
2-04-2021, 23:45

Müsabiqə və olimpiadaların təşkili elektronlaşdırılır

Müsabiqə və olimpiadaların təşkili elektronlaşdırılır

2 aprel tarixindən etibarən ölkə üzrə təşkil olunan “Ən yaxşı təqdimat” müsabiqəsinə ərizə qəbulu Təhsil Nazirliyinin elektron xidmətlər portalı – www.portal.edu.az vasitəsi ilə həyata keçiriləcək.

Qərbinfo.az xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş müsabiqədə iştirak edən IX-XI sinif şagirdləri portalda qeydiyyatdan keçərək müsabiqə üzrə müraciətlərini yerləşdirə bilərlər.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən olimpiada və müsabiqələrin daha səmərəli təşkili məqsədi ilə müvafiq informasiya sistemi qurulub. Belə ki, cari ildən olimpiada və müsabiqələrin təşkili, idarəolunması və ərizələrin qəbulu prosesləri tamamilə elektron formada həyata keçiriləcək. Həmçinin, qalib iştirakçılara elektron nailiyyət sənədlərinin verilməsi nəzərdə tutulur.






Son Xəbər