XƏBƏR, MANŞET-SLAYDER, SOSİAL
2-04-2021, 09:00

Şəmkirdə Bir Pəncərə Xidmət Mərkəzi yaradılıb

Şəmkirdə Bir Pəncərə Xidmət Mərkəzi yaradılıb

“Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq vətəndaşlara rahat, daha məsuliyyətli, aşkarlıq şəraitində və vaxt itkisi olmadan xidmət göstərmək üçün Şəmkir Rayon İcra Hakimiyyətində Bir Pəncərə Xidmət Mərkəzi fəaliyyətə başlayıb.

Qərbinfo.az xəbər verir ki, mərkəzin fəaliyyətini təmin etmək məqsədilə yeni bina tikilib və zəruri maddi-texniki təchizatla, avadanlıqla təmin olunub.

Burada məlumat masası, server otağı, böyük monitor, 12 nəfərlik “dəyirmi masa”, növbəliliyi təyin edən terminal, ödəmələrin həyata keçirilməsi üçün “MilliÖn” aparatı, 20 ədəd kompüter dəsti mövcuddur. Vətəndaşların rahatlığını təmin edən gözləmə zalında oturacaqlar yerləşdirilib. Eyni zamanda, Bir Pəncərə Xidmət Mərkəzində İctimai Nəzarət Şurası üçün də xüsusi yer ayrılıb.

Bir Pəncərə Xidmət Mərkəzinin fəaliyyətə başlaması rayon sakinləri tərəfindən də böyük məmnunluqla qarşılanıb.

Prezident İlham Əliyevin müəllifi olduğu və Azərbaycanın milli brendinə çevrilən “ASAN xidmət”in iş metodlarının, fəaliyyət üslubunun tədricən tətbiq olunduğu və meyar kimi qəbul edildiyi Bir Pəncərə Xidmət Mərkəzinin əsas məqsədi rayon icra hakimiyyətinin səlahiyyətlərinə şamil olunan xidmətin və fəaliyyətin optimallaşdırılmasını, effektivliyini təmin etmək, vətəndaş müraciətlərinin operativ formada həllinə nail olmaqdır.

Açılış mərasimində Prezident Administrasiyasının məsul əməkdaşı Orxan Mürsəlov, Milli Məclisin deputatı Kamran Bayramov, rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Son Xəbər