XƏBƏR, SOSİAL
12-03-2021, 15:04

Həyata keçirilən düzgün siyasətin nəticəsi - uğur, inkişaf

Həyata keçirilən düzgün siyasətin nəticəsi  - uğur, inkişaf

Azərbaycan müstəqillik əldə etdikdən sonra qarşıda duran əsas məsələ daxili və xarici siyasətin ardıcıl və prinsipiallıqla inkişafının təmin edilməsi idi. Lakin o zaman hakimiyyətə gələn AXC-Musavat cütlüyü bu istiqamətdə heç bir iş görə bilmədi. Daxili çəkişmələr daha da gücləndi. Xarici siyasətdə həyata keçirilən yarıtmaz siyasətin nəticəsi olaraq dünya Azərbaycandan üz döndərdi. Nəticədə daxili və xarici siyasətdə güclü böhran yarandı.Vəziyyət günü-gündən pisləşirdi. Mənfur erməni daşnaqları daxildəki hərc-mərclikdən və xarici siyasətdəki yarıtmaz vəziyyətdən istifadə edib öz çirkin niyyətlərini həyata keçirir - həm ərazilərimizi işğal edir, həmdə Azərbaycan xalqını dünyaya işğalçı və təcavüzar dövlət kimi tanıdırdı. Nəticədə torpaqlarımızın 20% işğal olundu. Bütün bu proseslərin getdiyi bir dövrdə Azərbaycana bir güclü lider lazım idi.

O lider ki, daxildə baş verən separatizmin qarşısını alsın və xalqı ətrafında yumruq kimi birləşdirə bilsin. Məhz həmin lider ulu Öndər Heydər Əliyev oldu. Heydər Əliyev 1993-cü il 15 iyunda parlamentin tarixi iclasında etdiyi çıxış və dediyi sözlər bu gün tam reallaşıb və dövlətimizin siyasətinin əsasını təşkil edir. Ulu öndər həmin çıxışında demişdir: “ ... Azərbaycan Respublikasının bu günkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyəti ilə dərk edirəm... Azərbaycan xalqının tarixi nəaliyyəti olan dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm.... Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini də harada olursa olsun,yalniz və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inişaf etməsinə həsr edəcəm... Azərbaycan Respublikası bundan sonrada onun başına nə gəlirsə gəlsin, müstəqilliyini itirməyəcək, heç bir dövlətin əsarəti altına düşməyəcək...” Bu tarixi çıxışdan sonra gərgin iş rejimi ilə fəaliyyətə başlayan ulu Öndər ilk növbədə daxili sabitlik yaratdı. İqtisadiyyatı gücləndirmək üçün bu əsas şərt idi.

Azərbaycanın haqq səsini dünyaya çatdırılması üçün yorulmadan əlindən gələni etdi. Nəticədə güclü və beynəlxalq səviyyədə tanınan gənc dövlətin memarı oldu. Qurucusu olduğu Azərbaycan dövləti günü-gündən gücləndi,çiçəkləndi və xarici siyasətdə böyük uğurlar əldə etdi. Qonşu və beynəlxalq dövlətlərlə qurulan dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələri dövlətimizin təməlni daha da möhkəmləndirdi.

Ulu Öndər qurucusu olduğu dövlətimizi özünün ideya və vəsiyyətləri ilə birgə 1 oktyabr 2003-cü il müraciətində “Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər Sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var .Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər.

İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” deyərək cənab prezident İlham Əliyevə tapşırdı. Heydər Əliyevin bu müraciətindən sonra müdrik xalqımız cənab İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycanı uğurlu və parlaq gələcəyə doğru aparmasında ona yardımçı oldu. Bu gün bu müdriliyin hamımız şahidiyik. Ulu öndərin siysətinə sadiq qalan cənab Prezident xalqımızı öz ətrafında sıx birləşdirərək İqtisadiyyatımızı daha da gücləndirdi. Dünya və region ölkələri ilə əməkdaşlığı dostluq və mütəfiqlik səviyyəsində möhkəmləndirdi. Qardaş ölkə ulu Öndərin “Bir millət, iki dövlət” adlandırdığı Türkiyə ilə hər sahədə əməkdaşlığı möhkəmləndirdi. Nəticədə beynəlxalq səviyədə dünyanın hesablaşdığı bir Azərbaycan dövləti yarandı.

Əsas problemimiz olan ”Qarabağ problemi”ni dünyaya çatdırdırilması istiqamətində yorulmadan mübarizə apardı. İlk növbədə bu problemin sülh yolu ilə həll olunmasına, insan itkisinin olmamasına çalışan İlham Əliyev dünyanın aparıcı beynəlxalq təşkilatlarının tirbunalarından çıxışları zamanı Ermənistana məsələnin sülh yolu ilə həll olunmasını təklif edir, əks halda müharibə qaçılmaz olacağını bəyan etdirdi. Lakin əksini görürdü. Dost ölkələrdən başqa dünya bu ədalətsizliyə susur və müharibənin doğru yol olmadığını bildirdi. Bu susqunluq və ermənilərə olan dəstək Ermənistanın səriştəsiz rəhbərliyini daha da azğınlaşdırdı. 2019-cu ildə qondarma “Dağlıq Qarabağ Respublikası”nda (Artıq keçmişdə qalıb belə bir respublika yoxdur) ümumerməni oyunlarının açılışında iştirak edən Ermənistanın baş naziri Nikol Paşinyan “Qarabağ Ermənistandır nöqtə” deyərək bu münaqişənin sülh yolu ilə həllini mümkünsüz etdi. Həmin il Ermənistanın keçmiş Müdafiə naziri David Tonoyan ABŞ-da səfərdə “Yeni müharibə -yeni ərazilər” şüarı səsləndirərək yeni müharibə strategiyası hazırladıqlarını bəyan etdi. Bütün bu proseslərin cavabı olaraq Prezident İlham Əliyev Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq diskusiya Klubunun plenar sessiyasında dünyanın gözü qarşısında “Qarabağ Azərbaycandir və nida işarəsi” deyərək Qarabağın heç cür Ermənistanın olmayacağını bir daha bəyan etdi.

Ermənistan isə öz çirkin siyasətinin davamı olaraq 2020-ci il iyul təxribatını törətdi. Bütün bu hadisələr xalqımızın səbrini tükəndirdi. Nəhayət, 27 sentiyabr 2020-ci il tarixində səhər saatlarında yeni təxribata cəhd edən düşmənə qarşı əks-hücum əməliyyatı başladı.

44 gün davam edən müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuz durmadan irəliləyir, işğal olunmuş tarixi torpaqlarımızı azad edirdi. Ulu Öndərin vəsiyyətinin reallaşdığı - 8 noyabrda qədim Şuşa şəhərinin azad olunması ilə Ermənistan terrorçuları ordumuzun gücü və müdrik Ali Baş Komandanın “Dəmir Yumruğu” qarşısında aciz qalaraq-diz çökdü. 10 noyabr 2020-ci ildə Kapituliyasiya aktına imza atdı. Tarixi ədalət bərpa olundu. Torpaqlarımız işğaldan azad olundu və nəhayət qardaş Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun dili ilə desək “Azərbaycan Türkün gücünü bir daha dünyaya göstərdi”- Mövlüd Çavuşoğlu Prezident İlham Əliyevə təşəkür edərək belə demişdir.
İndi cənab Prezident İlham Əliyevin və xalqımızın qarşısında vacib,həllini gözləyən bir məsələ var.İşğaldan azad olunmuş ərazilərimizin yenidən bərpa olunması və soydaşlarımızın öz doğma torpaqlarına qayıtması. İnanırıq ki, müzəffər Ali Baş Komandan İlham Əliyev müdrik xalqımızın dəstəyi ilə bu məsələni də tezliklə həll edəcək.

Xəyal NƏSİBOV
Şəmkir rayonu Cəlil Bayramov adına Qaracəmirli kənd tam orta məktəbin direktoru,
Gəncə Dövlət Universitetinin (2013-2017-ci illər) “Vətən tarixi”üzrə Dissertantı






Son Xəbər