XƏBƏR, SOSİAL
1-03-2021, 21:33

Qarabağdakı abidələrin bərpasında Türkiyə təcrübəsindən istifadə olunacaq

Qarabağdakı abidələrin bərpasında Türkiyə təcrübəsindən istifadə olunacaq

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə nümayəndə heyəti Türkiyədə səfərdədir.

Nazirlikdən Qərbinfo.az-a verilən məlumata görə, səfər çərçivəsində martın 1-də Ankarada Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov ilə Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Nuri Ersoy arasında görüş keçirilib.

Görüşdə mədəni irs, kitab və nəşriyyat, muzey, kino sənayesi, incəsənət və qeyri-maddi mədəni irs sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, qeyd olunan istiqamətlərdə birgə fəaliyyət barədə razılığa gəlinib.

Nazir Nuri Ersoy 44 günlük Vətən müharibəsindəki qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib. Nazir Anar Kərimov öz növbəsində Vətən müharibəsində ölkəmizə verilən dəstəyə görə Türkiyə dövlətinə və türk xalqına dərin təşəkkürünü ifadə edib.






Son Xəbər