XƏBƏR, MANŞET-SLAYDER, SİYASƏT
2-03-2021, 12:31

Prezident: Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir

Prezident:  Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir

Fevralın 26-da Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı mühüm məqamlarla yadda qaldı.

Ölkə başçısı jurnalistləri Xocalı faciəsi haqqında məlumatlandıraraq bildirdi ki, bu soyqırımı törədən hərbi cinayətkarların çoxu ikinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilib. Prezident Xocalıda baş verən faciənin Ermənistan faşizminin təzahürü olduğunu söyləyərək soyqırımın dünya ictimaiyyəti tərəfindən tanındığını qeyd etdi.

Qeyd edək ki, Xocalı soyqırımının 29-cu ildönümü günündə xeyli sayda əcnəbi jurnalistin iştirakilə belə mətbuat konfransının keçirilməsi Azərbaycan üçün tarixi hadisədir. Beləki, Prezident İlham Əliyev 50-dən çox jurnalistin qatıldığı və 4 saatdan çox çəkən mətbuat konfransında suallara 4 dildə cavab verdi.

Ermənistanın minalanmış sahələrin xəritələrini təqdim etməməsi ilə bağlı fikirləri də diqqət çəkən Prezident İlham Əliyev qeyd tdi ki, bunu cinayətdir. O bu bunu belə əsasıandırdı: " Minalanmış sahələrin xəritələrinin bizə təqdim edilməməsi əməliyyatlar başa çatandan sonra bir neçə hərbçi və mülki şəxsin həlak omasına səbəb olub."

Mətbuat konfransında Prezident status məsələsi ilə bağlı məsələyə də aydınlıq gətirib. O, mövzu ilə əlaqəli suala cavabında Dağlıq Qarabağ münaqişəsinin başa çatdığını, Azərbaycan münaqişəni artıq həll etdiyini, status məsələsinin yalnız müzakirə obyekti olan danışıqlar prosesinin otuz il davam edərək nəticəsiz qaldığını vurğuladı.

O bildirdi ki, “Mən öz çıxışlarımda statusun ünvanını göstərdim. Bir daha o məsələyə qayıtmaq istəmirəm. Status haradadır, onu hər kəs bilir. Hesab edirəm ki, Ermənistan və erməni xalqı üçün bu məsələ nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar. Çünki Ermənistana və erməni xalqına yanlış vədlər vermək lazım deyil. Onları bu günə salan səbəblərdən biri də məhz o idi. Xülya idi, iddia idi, əsassız istəklər idi. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynadılar. Ona görə status məsələsi, ümumiyyətlə, gündəlikdən çıxmalıdır”.

Dövlət başçısı sualları cavablandırarkən, biz Dağlıq Qarabağ ifadəsini işlətməməliyik. Çünki Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir. Onun bir hissəsində isə erməni xalqı yaşayır və Azərbaycanın da buna etiraz etmədiyini bildirdi.

Tural Əliyev, Qərbinfo.az






Son Xəbər