XƏBƏR, SOSİAL
1-03-2021, 12:28

Erməni döyüşçü: Dostlarımın 90 faizi artıq həyatda yoxdur

Erməni döyüşçü: Dostlarımın 90 faizi artıq həyatda yoxdur

İkinci Qarabağ müharibəsində iştirak etmiş erməni döyüşçü Karen Qrkikyan yerli mediaya verdiyi müsahibədə ölkəsinin biabırçı məğlubiyyətindən danışıb.

Qərbinfo.az xəbər verir ki, Azərbaycan Ordusunun 44 günə "yenilməz" erməni ordusunu darmadağın etməsi 10 ildir Ermənistan silahlı qüvvələrində xidmət edən Kareni məyus edib. Cəbrayıldan Şuşaya qədər geri qaçan erməni döyüşçü müharihədə çoxlu sayda dostunu itirdiyini söyləyib.

“Müharibə onsuz da gözlənilən idi. Çünki vəziyyət o dərəcədə "şişmişdi" ki, bir yerdən partlayıb çıxmalı idi. Qələbə qazanmağa hazır idik, ancaq Cəbrayıldan çıxanda güc tarazlığının pozulduğunu anladıq".

Karen dostlarından danışarkən dərindən nəfəs alaraq məyus şəkildə boynunu büküb. Çünki onun tanıdığı əksər hərbçi döyüşlərdə öldürülüb:

“Dostlarımın 90 faizi artıq yoxdur. Bu davadırsa, qurbanlar qaçılmazdır. Davada yaxşı bir şey yoxdur. Dostunuzun öldürüldüyünü və ya əsgərin öldürüldüyünü görürsünüz. Ancaq o zaman heç bir şey hiss etmirsiniz. Həmin vaxt o qədər məşğul olursunuz ki, nəyisə düşünə və hiss edə bilmirsiniz. Biz Cəbrayılda 6 il dostlarla yaşadıq. Burada heç yerdə belə bir şey tapa bilməyəcəksiniz".






Son Xəbər