XƏBƏR, SOSİAL
28-02-2021, 22:15

Dövlətimiz şəhid övladlarına qayğı göstərir

Dövlətimiz şəhid övladlarına qayğı göstərir


Prezident İlham Əliyevin şəhid və qazi övladlarına qayğı göstərməsi dövlətin sosialyönümlü siyasətinə töhüfə verməkdədir.

Tarixi qələbəmiz unudulmaz şəhidlərimizin, qazilərimizin qanı, canı, mərdliyi ilə savaş meydanında qazanılmışdır. Azərbaycan dövləti hər zamankı kimi vətəndaşının, hərbçilərimizin yanındadır. Dövlətimiz Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dərin ehtiramla diqqət və qayğı göstərir.

Bu gün Şəmkir rayonunda qəhrəman şəhidlərimizin ailə üzvləri ilə yanaşı onların övladlarının da ürəyini şad etmək üçün məqsədyönlü işlər görülür.

Yeniabad kəndindən olan şəhidimiz Məmmədov Çingiz İlham oğlunun övladı Elgiz balanın, Qədimqala kəndindən olan İsrafilzadə Elçin Bəxtiyar oğlunun övladı Leyla balanın doğum gününü RİH əməkdaşları onlarla birlikdə qeyd etdilər.

Bu günlərdə isə Vətən müharibəsində qəhrəmanlıq göstərərək qazi olan Xüsusi Təyinatlıların giziri Rəhimov Eşqin Fəramiz oğlunun övladı Fəramiz balanın doğum günü birlikdə qarşıladıq və dövlətimizin, şəmkirlilərin ona olan dəstək və sevgisini çatdırdıq.






Son Xəbər