XƏBƏR, SOSİAL
26-02-2021, 14:50

Martın 1-dən yenidən külək güclənəcək, rayonlara qar yağacaq

Martın 1-dən yenidən külək güclənəcək, rayonlara qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi barədə xəbərdarlıq edib.

Nazirlikdən Qərbinfo.az-a verilən məlumata görə, martın 1-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23 m/s-dək güclənəcək.

Martın 1-dən 5-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir.

Qərb küləyi əsəcək, martın 1-də ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.






Son Xəbər