XƏBƏR, İQTİSADİYYAT
25-02-2021, 14:46

“Ağıllı kənd” gələcəkdə fermerə nə verəcək? - What will the "smart village" give to the farmer in the future?

“Ağıllı kənd” gələcəkdə fermerə nə verəcək? - What will the "smart village" give to the farmer in the future?

“Ağıllı kənd” gələcəkdə fermerə nə verəcək?

Bu innovativ təşəbbüslə əlaqədar ortaya çıxan əsas sual budur: Sadə fermer bu layihədən nə əldə edəcək və “Ağıllı kənd” fermerin gəlirlərinə, həyat tərzinə necə müsbət təsir göstərəcək? Cavab aydındır – bu gün bütün dünyada kənd təsərrüfatında artıq əl əməyindən istifadə minimuma enib, aqrar sektorda daha çox yeni texnologiyalardan istifadə olunur. Sahələrin dərmanlanması müasir vasitəsilə həyata keçirilir, məhsul yığımı kompüterləşdirilmiş texnikalar vasitəsilə aparılır, su resurslarından qənaətlə istifadə üçün müasir suvarma sistemlərindən istifadə olunur.

Ən əsası bütün bu proseslər bir mərkəzdən idarə edilir, texnologiyaların tətbiqi resurslara qənaət etməyə, xərcləri optimallaşdırmağa, gəlirləri artırmağa imkan verir.

“Ağıllı kənd” layihəsi bərpa olunacaq kəndlərimizə qayıdacaq insanların həyat şəraitinin yaxşılaşmasında, aqrar sahə ilə məşğul olacaq fermerlərimizin “ağıllı kənd təsərrüfatı” sisteminə inteqrasiyasında mühüm rol oynayacaq.

Ağalı kəndində Prezident Cənab İlham Əliyevə etdiyi təqdimatdan aydın olur ki, “Ağıllı kənd” layihəsinin əsas komponentləri yaşayış sahəsi, sosial xidmət sahəsi, dəyər zənciri və innovasiyalar əsaslı “Ağıllı kənd təsərrüfatı” və alternativ enerjidən istifadədən ibarətdir. “Ağıllı” təsərrüfatlar kəndlərdə meyvə, tərəvəz, ət və süd məhsulları istehsalını artırmağa, emal prosesini müasir tələblərə uyğun qurmağa imkan verir.

“Ağıllı kənd” təkcə kənd təsərrüfatı ilə bağlı sahə deyil. Müasir şəhərsalma standartlarının tətbiqi, küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, su elektrik stansiyalarının, günəş paneli stansiyalarının quraşdırılması, bioqaz enerjisindən istifadə kimi amillər bu konsepsiyanın əsas komponentləri sırasındadır.

Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzlərinin inşasını, turizm infrastrukturunun formadırılacağını da nəzərə alsaq, mənzərə tam aydın olar. Bütün yaşayış evlərinin, sosial obyektlərin, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesinin alternativ enerji mənbələri ilə təmin edilməsi “Ağıllı kənd”in nə dərəcədə üstünlüklərə malik olduğunu göstərir.

Yüksək texnologiyaların inkişafı və aqrar sahədə bu cür həllərin reallaşması “Ağıllı kənd” layihəsini zamanın zərurətinə çevirib. Prezident Cənab İlham Əliyevin təşəbbüsü ilə bu layihənin işğaldan azad olunmuş ərazilərdə tətbiqinə start verilməsi Böyük Qayıdış proqramının icrasında davamlı müsbət nəticələrə gətirib çıxaracaq.
Qərbinfo.az

The main question that arises in connection with this innovative initiative is: What will a simple farmer get from this project, and how will the "smart village" have a positive impact on the income and lifestyle of the farmer? The answer is clear - today the use of manual labor in agriculture has been reduced to a minimum all over the world, and more and more new technologies are used in the agricultural sector. Field treatment is carried out by modern means, harvesting is carried out by means of computerized equipment, modern irrigation systems are used for economical use of water resources.

Most importantly, all these processes are managed from one center, the application of technology allows you to save resources, optimize costs and increase revenue.

The "Smart Village" project will play an important role in improving the living conditions of people returning to our villages, the integration of our farmers in the "smart agriculture" system.

It is clear from his presentation to President Ilham Aliyev in Agali village that the main components of the Smart Village project are housing, social services, value chains and innovation-based Smart Agriculture and the use of alternative energy. "Smart" farms allow to increase the production of fruits, vegetables, meat and dairy products in rural areas, to build the processing process in accordance with modern requirements.
Qərbinfo.az






Son Xəbər