XƏBƏR, SOSİAL
25-02-2021, 14:24

Havanın temperaturu yüksələcək

Havanın temperaturu yüksələcək

Bu gün gündüz saatlarından başlayaraq, ölkə ərazisində havanın sabitləşəcəyi və əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Bunu Qərbinfo.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

G.Məmmədova qeyd edib ki, bu gün Bakıda və Abşeron yarımadasında temperaturun gecə saatlarında 0 dərəcəyə yaxınlaşacağı gözlənilir, mülayim külək əsəcək.

G.Məmmədova əlabə edib ki, fevralın 25-də gündüz saatlarından başlayaraq fevralın 26-da Bakıda və bölgələrdə hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Fevralın 26-27-də havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.






Son Xəbər