XƏBƏR, SİYASƏT
24-02-2021, 19:32

Koçaryan: Sarkisyanın müsahibəsi Ermənistanın milli təhlükəsizliyi üçün böyük təhdid yaradır

Koçaryan: Sarkisyanın müsahibəsi Ermənistanın milli təhlükəsizliyi üçün böyük təhdid yaradır

Üçüncü prezident Serj Sarkisyanın iki hissəyə ayrılmış dörd saatlıq müsahibəsi Ermənistanın milli təhlükəsizliyi üçün böyük təhdid yaradır.

Qərbinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri, hakim “Mənim addımım” blokunun deputatı Andranik Koçaryan deyib.

Onun fikrincə, Sarkisyanın müsahibəsindən gec-tez Ermənistana qarşı istifadə ediləcək: "Serj Sarkisyan ölkəni ən azı 10 il idarə etdiyindən və bir neçə gün daha baş nazir olmağı bacardığından, bu, şübhəsiz ki, bizə qarşı istifadə ediləcək".

Deputat Ermənistan tərəfinin Qarabağdakı müharibə zamanı “İsgəndər”dən istifadə edib-etməməsinə münasibət bildirməkdən çəkinib.

Xatırladaq ki, baş naziri Nikol Paşinyan müsahibəsində bu silah növünün effektivliyinin son dərəcə aşağı olduğunu deyib. Bildirib ki, “İsgəndər” atılsa da, partlamayıb.

“İskəndərin hansı istiqamətdə istifadə olunduğunu bilmirəm. Bu silahın istifadəsini nə təsdiqləyirəm, nə inkar edirəm. Artıq demişəm ki, bu edilməməlidir", - deyən erməni deputat Paşinyanın “İsgəndər”in işləməməsi ilə bağlı açıqlamasının öyrənilməli olduğunu söyləyib.

Koçaryan qeyd edib ki, təkcə Rusiyadan alınan “İsgəndər” yox, həm də son 15 ildə ölkənin əldə etdiyi digər silah növləri də Ermənistanda araşdırılmalıdır: “Biz bunun doğru qərar olub-olmadığını, işləyib-işləmədiklərini anlamalıyıq”.

Mövcud hökumətin silahlı qüvvələrdə bütün bu sistemlərin döyüş hazırlığı ilə bağlı hər hansı yoxlama aparıb-aparmadığı barədə suala Koçaryan "xeyr, çünki heç kim, xüsusən də "İsgəndər"lə bağlı belə şübhələri düşünə bilməzdi".






Son Xəbər