COVID-19 və müharibə travmalarından zərər çəkmiş uşaqlara dəstək məqsədi ilə “Yarat, inkişaf et, töhfə ver” layihəsi çərçivəsində "ART Terapiya" təlimləri keçirilib.
Qərbinfo.az xəbər verir ki, təlim “Azərbaycan Hökuməti və BMT-nin birgə gənclər üçün xidmətlər təşəbbüsü” proqramı çərçivəsində Konstitusiya Arasdırmalar Fondu və “ Education HUB” tərəfindən Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzində keçirilib.
Təlimdə Şəmkir, Mingəçevir və Qazaxdan olan mentorlar iştirak ediblər.
Qeyd edək ki, təlimi uğurla başa vuran iştirakçılar öz regionlarında pandemiyadan və müharibədən əziyyət çəkən uşaqlara psixoloji dəstək verərək art terapiyası üzrə seanslar təşkil ediblər.




