XƏBƏR, SİYASƏT
23-02-2021, 10:58

ABŞ İranla razılığa gəlməkdə maraqlıdır

ABŞ İranla razılığa gəlməkdə maraqlıdır

ABŞ İranla gərginliyi artırmaqda yox, razılığa gəlməkdə maraqlıdır.

Qərbinfo.az xəbər verir ki, bu barədə adı açıqlanmayan ABŞ nümayəndəsi “Reuters”ə bildirib.

İran rəhbərliyinin uranı 60% -ə qədər zənginləşdirmə ehtimalı ilə bağlı açıqlamalarını şərh edən amerikalı rəsmi deyib ki, bu, çox həyəcanverici olardı, amma hələ baş verməyib.

“ABŞ tərəflərin eskalasiyaya yol verməməsi üçün bir yol tapmaq istəyərdi. Biz razılığa qayıtmaq istəyirik".

Onun fikrincə, hər iki tərəf bir-birilərinə təzyiq rıçaqları üzərində işləyirlər.

"Onlar (iranlılar) nüvə sahəsindəki addımları ilə, biz tətbiq olunan sanksiyalarla. Bu, heç bir tərəfə kömək etmir", - deyən Amerika təmsilçisi Tehranın nüvə proqramını daha da inkişaf etdirməklə bağlı açıqlamalarına diqqəti cəmləşdirməyə ehtiyac görmür.

"Danışıqlara qayıdana qədər hər iki tərəf artan ritorika ilə mövqeyini saxlayır. Buna diqqəti cəmləmək lazım deyil. Görək onlar (iranlılar) danışıqlar masasına qayıtmağa razı olacaqlar. Əgər bir anlayışa gəlməsək, onlar nüvə proqramlarını genişləndirməyə davam edəcəklər".

Xatırladaq ki, İranın Ali lideri Əli Xamenei ölkənin uranı 60% -ə qədər zənginləşdirmə ehtimalını etiraf edib.






Son Xəbər