Şəmkir rayonunun Qədimqala kəndində oğurluq hadisəsi qeydə alınıb.
Qərbinfo.az xəbər verir ki, kənd sakini 1975-ci il təvəllüdlü Əkbərov Etibar Zöhrab oğluna məxsus mağazadan naməlum şəraitdə oğurluq hadisəsi baş verib.
İddiaçının dediyinə görə, oğurluq hadisəsi nəticəsində mağazaya 1000 manat məbləğində maddi ziyan dəyib.
Hadisə Şəmkir Rayon Polis Şöbəsində araşdırılır.