Bu gündən Milli Məclisin deputatlarının vaksinasiyasına başlanılıb.
Qərbinfo.az-ın məlumatına görə, artıq bir neçə deputat birinci mərhələdə vaksinasiyadan keçib. Virusu keçirmiş deputatlarda isə virusa qarşı antitellərin müəyyən edilməsi üçün analizlər götürülüb.
Deputatlar arasında vaksinasiya könüllü şəkildə aparılır.