Şəmkir rayonunun Çinarlı qəsəbəsində ölüm hadisəsi qeydə alınıb.Qərbinfo.az xəbər verir ki, qəsəbə sakini, 1958-ci il təvəllüdlü Abbasov Ramiz Məcid oğlu yaşadığı mənzildə dəm qazından zəhərlənərək vəfat edib.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.