XƏBƏR, SOSİAL
21-02-2021, 15:44

Havalar isindikcə koronavirusun aktivliyinin azalacağı ehtimalı böyükdür

Havalar isindikcə koronavirusun aktivliyinin azalacağı ehtimalı böyükdür

Alimlər havanın temperaturu artdıqca COVID-19-un aktivliyinin azalacağı fikrindədirlər.

Qərbinfo.az-ın məlumatına görə, amerikalı tədqiqatçılar apardıqları araşdırmalar nəticəsində bu fikrə gəliblər.

Müəyyən edilib ki, “SARS-CoV-2” adi mövsümi xəstəliklərin alqoritm aktivliyinə uyğun gəlir. Buunla da yazda koronavirusun aktivliyinin azalacağı, hətta, tamamilə yox olacağı ehtimalı gündəmə gəlib.

Rəqəmlər göstərir ki, ətrafdakı temperatur bir dərəcə artdığı təqdirdə virusun aktivliyi də o qədər azalır. Temperaturun bir dərəcə aşağı düşməsi isə yoluxmanın sürətini təxminən dörd faiz yüksəldir.






Son Xəbər