XƏBƏR, SOSİAL
21-02-2021, 09:00

Şəmkirdə yanğın hadisəsi qeydə alınıb

Şəmkirdə yanğın hadisəsi qeydə alınıb

Şəmkir şəhər sakini Orucov Eyvaz Abbas oğluna məxsus, ümumi sahəsi 42 kv.m olan köməkçi tikilidə yanğın baş verib.

Qərbinfo.az xəbər verir ki, yanğın nəticəsində tikilinin 30 kv.m yanar konstruksiyaları sıradan çıxıb.

Hadisə yerinə rayonun yanğından mühafizə bölmələri cəlb olunub.

Hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı araşdırma aparılır.






Son Xəbər