XƏBƏR, SOSİAL
20-02-2021, 13:44

İtkin hesab olunan əsgərin şəhid olduğu məlum olub - Şəmkir

İtkin hesab olunan əsgərin şəhid olduğu məlum olub - Şəmkir

44 günlük Vətən müharibəsinin iştirakçısı, 1994-cü-ci il təvəllüdlü Şəmkir rayonunun Əliyaqublu kəndində yaşayan XTQ giziri Namazov Babək Səhman oğlundan uzun müddət idi ki, xəbər yox idi.

Qəhrəman əsgərimizin oktyabrın 4-dən 5-ə keçən gecə Cəbrayıl ərazisində gedən döyüşdə itkin düşdüyü deyilirdi.

Qərbinfo.az-ın xəbərinə görə, ötən gün hərbiçinin şəhid olduğu barədə xəbər yayılıb.

Qeyd edək ki, B.Namazovun Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı şəhid olduğu məlum olub. Şəhidin nəşi Şəmkir rayonuna gətirilərək, doğulduğu kənddə torpağa dəfn edilib.

Allah rəhmət etsin!






Son Xəbər