XƏBƏR, SİYASƏT
20-02-2021, 09:00

“Şuşadakı rus kilsəsinin erməniləşdirilməsi rusofobiyanın ən bədnam təzahürüdür”

“Şuşadakı rus kilsəsinin erməniləşdirilməsi rusofobiyanın ən bədnam təzahürüdür”
Rusiya Dövlət Dumasının üzvü, “Vətən” partiyasının sədri Aleksey Juravlyov Qarabağın işğal altında olduğu illər ərzində Şuşadakı pravoslav kilsəsinin erməniləşdirilməsini, onun memarlıq üslubunun erməni tərzinə uyğunlaşdırılmasını rusofobiyanın təzahürü hesab edir.

Bu barədə Qərbinfo.az məlumat verir.

“Rus kilsəsinin işğalı, mənəvi dəyərlərə hücum – bu rusofobiyanın ən bədnam və ən alçaq təzahürüdür. Azərbaycanın azad olunmuş ərazilərdəki səyləri hər cür hörmətə layiqdir”, - deyə deputat öz “Facebook” səhifəsində bildirib.






Son Xəbər