XƏBƏR, SİYASƏT
19-02-2021, 23:33

Akopyanın qardaşı təhqir olundu - Deputatların təhqir olunması davam edir

Akopyanın qardaşı təhqir olundu - Deputatların təhqir olunması davam edir

Ermənistanda deputatların vətəndaşlar tərəfindən xüsusi fotoaksiyalarla təhqir olunması prosesi davam edir.

Qərbinfo.az xəbər verir ki, iqtidar deputatlarının üzərinə "xain" və "burada satqın deputat yaşayır" sözləri yazılmış fotoları onların yaşadığı binalara və zibil qablarına yapışdırılır.

Son iki gündə Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının sədri, hakim "Mənim addımım" fraksiyanın üzvləri Andranik Koçaryan, Hayk Qorqiyan, Sisak Qabrielyan, Lilit Makunç, Mikael Zolyan və digərləri belə hallarla qarşılaşıblar. Dünən gecə isə İrəvan küçələrində başqa bir deputata, Qraçya Akopyana qarşı aksiya təşkil olunub.

Qeyd edək ki, Qraçya Akopyan Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın qardaşıdır. Fotoların gecə saatlarında Nikol Paşinyanın yaşamadığı evinə yaxın ərazidə yapışdırıldığı deyilir.






Son Xəbər