XƏBƏR, İQTİSADİYYAT
19-02-2021, 20:51

Azərbaycan məhsulları Türkiyəyə rüsumsuz ixrac olunacaq

Azərbaycan məhsulları Türkiyəyə rüsumsuz ixrac olunacaq

Türkiyə ilə preferensial ticarət sazişinin 1 mart tarixindən etibarən qüvvəyə minməsi iqtisadi-ticarət əlaqələrimizi daha da genişləndirəcək.

Qərbinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir bildirib ki, bu bir sıra Azərbaycan məhsullarının Türkiyəyə güzəştli şərtlərlə idxal rüsumu ödənilmədən ixracına imkan yaradacaq.

"Türkiyə ilə yüksək siyasi münasibətlər iqtisadi-ticarət əlaqələrimizin genişlənməsi üçün əlverişli zəmin yaradır. Bu istiqamətdə növbəti addımları müzakirə etdik".






Son Xəbər