XƏBƏR, MANŞET-SLAYDER, SİYASƏT
19-02-2021, 13:04

Vətən müharibəsinin çoxşaxəli əhəmiyyəti - QƏRBİNFO.AZ

Vətən müharibəsinin çoxşaxəli əhəmiyyəti - QƏRBİNFO.AZ

İkinci Qarabağ müharibəsində çaldığımız qələbə xalqımızın tarixi nailiyyətini təmin edib. Bu barədə həm xarici, həm yerli ekspertlərin də dəyərli fikirləri var.

Qərbinfo.az bu barədə şərh edir:

• Doğma torpaqlarımız işğalçılardan azad edildi, düşmən torpaqlarımızdan qovuldu;
• Ölkəmizin ərazi bütövlüyünü bərpa olundu;
• Bütün dünyaya dövlətimizin qüdrəti, xalqımızın əyilməz ruhu nümayiş olundu;
• Ölkəmizin gələcəyi ilə bağlı strateji hədəflərə çatmaq üçün önəmli sənədlər imzalandı;
• Qurulan dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq və beləliklə, Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaqdır.

Bölgə ölkələri bu yolun tikintisinə böyük maraqla yanaşırlar.

Dəmir yol infrastrukturun bərpasının, nəqliyyat layihələrinin bölgə üçün xüsui əhəmiyyəti var:
• Bütün bölgə ölkləri ancaq xeyir götürür;
• Bölgəmizin uzunmüddətli inkişafı, sabitliyin təmin edilir və müharibə riskləri sıfra endirilir;
• Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir;
• Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər;
• Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı yaranır;
• İran ilə Ermənistan arasında dəmir yolu bağlantısı olacaq. Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq.

Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi nəticəsində artıq Rusiya ilə Türkiyə arasında bu dəmir yolundan istifadə edərək yüklər daşınmağa başlamışdır. Qeyd edək ki, bu layihə Prezident İlham Əliyevin böyük uzaqgörənliyi və iradəsi, Azərbaycan dövlətinin maliyyəsi ilə reallaşıb.

Prezident İlham Əliyev əldə olunan bu əlverişli şəraiti belə qiymətləndirir: Bakı-Tbilisi-Qars dəmir yolu ölkəmizin geosiyasi əhəmiyyətini artırır, iqtisadi gücünü artırır. Azərbaycan etibarlı tranzit ölkəsi kimi tranzit layihələrdən böyük maliyyə gəliri əldə edəcək, bölgədə sabitlik və sülh təmin olunacaq.






Son Xəbər