XƏBƏR, MANŞET-SLAYDER, SOSİAL
19-02-2021, 10:21

Prezident İlham Əliyev: Azad edilmiş torpaqlar “yaşıl enerji” zonası olacaq

Prezident İlham Əliyev: Azad edilmiş torpaqlar “yaşıl enerji” zonası olacaq

Aazad olunmuş ərazilər “yaşıl enerji” zonasına çevriləcək.

Qərbinfo.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev işğaldan azad olmuş ərazilərlə bağlı çıxışında səsləndirib.

Azad edilmiş bütün ərazilərdə su, günəş, külək enerjisindən istifadə olunacaq. Buna mövcud təbii şərait imkan yaradır. Belə ki, Kəlbəcər və Laçın rayonlarında külək enerjisinin, Zəngilan, Cəbrayıl rayonlarında daha çox günəş enerjisinin böyük potensialı var.

Qeyd edək ki. Zəngilan rayonunda birinci pilot “ağıllı kənd” layihəsi də məhz bərpaolunan enerji ilə təchiz ediləcək.

Uzun illər ərzində ermənilər tərəfindən qanunsuz istismar edilmiş və dağıdılmış bütün su elektrik stansiyaları bərpa ediləcək. Bərpa ediləcək stansiyalarda - Kəlbəcər və Laçın 120 meqavat, “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarından 120 meqavat güc alınacaqdır.






Son Xəbər