XƏBƏR, SOSİAL, VİDEO
18-02-2021, 16:21

Polad Həşimova film həsr edilib - Türkiyə

Polad Həşimova film həsr edilib - TürkiyəTürkiyənin "Yeni Şafak" qəzeti "Tabuta sığmayanlar" videolayihəsi çərçivəsində azərbaycanlı şəhid general-mayor Polad Həşimova film həsr edib.

Qərbinfo.az-ın məlumatına görə, videolayihənin P.Həşimova həsr olunmuş 104-cü buraxılışının rejissorları Samir Babaoğlu və Ender Çinar olub.

Filmdə şəhid generalın bacısı Kəmalə Həşimova, anası Səmayə Həşimova, qardaşı İlham Həşimov və silahdaşları onun haqqında xatirələrini bölüşüblər.

Qeyd edək ki, dekabr ayında layihənin 101-ci buraxılışı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edilmişdi.








Son Xəbər