
Qərbinfo.az xəbər verir ki, fevralın 17-də gündüz saatlarında Şəmkir rayonunda sulu qar qarla əvəz olunmağa başlayıb.
Qarın yağması nəticəsində rayon ərazisində hər hansı bir çətinlik müşahidə olunmur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosundan verilən məlumata görə, ölkə ərazisində qarlı hava şəraitinin fevralın 19-dək davam edəcəyi gözlənilir.