
"Şəmkir Gənclərinin Mədəni İnkişafı Birliyi"nin idarə heyətinin üzvü Anar Əliyevinin Qərbinfo.az-a verdiyi məlumata görə, layihənin həyata keçirilməsində məqsəd istedadlı və bacarıqlı insanların mədəni həyata cəlb olnmasını, onların istedadlarının üzə çıxarılmasına nail olmaqdır.
Qeyd edəki ki, layihə onlayn müsabiqə formatında "İstedadını göstər" adlı youtube kanalı vasitəsi ilə həyata keçirilir.
Müsabiqədə iştirak etmək üçün yaş məhdudiyyəti qoyulmur. İstedadı və xüsusi bacarığı olan hər bir şəxs müsabiqədə iştirak edə bilərlər.
Layihədə iştirak edənlərə iştirakçı qismində, 1-ci, 2-ci, 3-cü yerin qalibləri isə qalib sertifikatları ilə mükafatlandırılacaqdır.
Əlaqə nömrəsi: (+994) 55-242-55-32.