XƏBƏR, DÜNYA
8-02-2021, 20:58

Ermənistanda hərbiçilər sürücü kimi qeydiyyata alınıb

Ermənistanda hərbiçilər sürücü kimi qeydiyyata alınıb

Aktivist Karo Qukasyanın "Facebook" səhifəsində etdiyi paylaşım erməni KİV-lərinin diqqətini çəkib.

Qərbinfo.az xəbər verir ki, Qukasyan İkinci Qarabağ müharibəsindən sonra hərbi biletində anormal qeydlərin yer almasından şikayətlənib:

"Müharibənin ilk günündən sonadək döyüşlərdə iştirak etdim və artilleriyaçı olsam da, adımın qarşısında sürücü yazıldı. Halbuki, sürücülük vəsiqəm belə yoxdur. Evə yalnız 19 noyabrda qayıtmışam. Ordudan gəldikdən sonra hərbi biletimdəki qeydə baxıram - sən demə, döyüşlər zamanı mən adi bir sürücü və ya rabitəçi olmuşam. Əslində isə Ağdərə diviziyasının 3-cü batareyasının artilleriya bölməsində döyüşdüm. Bu, həqiqətən hərbi hissənin son alçaldıcı davranışıdır".

Xatırladaq ki, bu, Ermənistanda baş verən ilk anormal hadisə deyil. Müharibədən sonra xeyli sayda könüllünün hərbi biletinə döyüş bölgəsində sürücü kimi xidmət apardığı yazılıb. Məsələ burasındadır ki, sürücülür aktiv döyüş əməliyyatlarının iştirakçısı sayılmadığından onlar postmüharibə dövründə bəzi imtiyazlardan yararlana bilmirlər.






Son Xəbər