XƏBƏR, İDMAN
29-01-2021, 19:30

Formula 1 Azərbaycan Qran-Prisinin təqvimi açıqlanıb

Formula 1 Azərbaycan Qran-Prisinin təqvimi açıqlanıb

Formula 1 rəhbərliyi 2021-ci il mövsümündə yarışların başlama saatını təsdiq edib.

Qərbinfo.az-a məlumatına görə, Azərbaycan Qran-Prisi iyunun 6-da saat 16:00-da başlayacaq.

Mövsüm ərzində yarışların böyük əksəriyyəti Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Qeyd edək ki, mövsümün ilk yarışı martın 28-də Bəhreyndə keçiriləcək.






Son Xəbər