XƏBƏR, İDMAN
26-01-2021, 10:50

Dünya kuboku təxirə salındı

Dünya kuboku təxirə salındı
Rusiyada keçiriləcək boks üzrə komanda dünya kuboku koronavirus pandemiyası səbəbindən 2022-ci ilə təxirə salınıb.

Qərbinfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Boks Assosiasiyasının (AİBA) mətbuat xidməti məlumat yayıb.

Moskvanın turnirin final mərhələsinə ev sahibliyi edəcəyi bildirilib.

Qeyd edilib ki, əvvəlcə yarışın 2020-ci ilin oktyabrında keçirilməsi nəzərdə tutulmuşdu.

AIBA-nın prezidenti Umar Kremlyev koronavirus pandemiyası ilə bağlı vəziyyəti yaxından izlədiklərini və həkimlərlə əlaqə saxladıqlarını deyib. Onun sözlərinə görə, məhz idmançıların sağlamlığını qorumaq üçün turnirin 2022-ci ilə təxirə salınması qərara alınıb.






Son Xəbər