XƏBƏR, SOSİAL
25-01-2021, 14:29

Prokurorluq əməkdaşları dövlət mükafatları ilə təltif edilib

Prokurorluq əməkdaşları dövlət mükafatları ilə təltif edilib

Prokurorluq orqanlarının 38 əməkdaşı ali dövlət mükafatları ilə təltif edilib.

Qərbinfo.az xəbər verir ki, bu sözləri yanvarın 23-də Azərbaycan Baş Prokurorluğunda 2020-ci ildə görülən işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev deyib.

Kollegiya iclasında çıxış edən Baş prokuror Kamran Əliyev tərəfindən qeyd edilib ki, 2020-ci il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olub, daxili işlər, dövlət təhlükəsizliyi və digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin həyata keçirilməsi təmin olunub.

Prokurorluq orqanlarının fəaliyyətinin dövlət səviyyəsində yüksək qiymətləndirildiyi xüsusi vurğulanmaqla İlham Əliyevin Sərəncamı ilə xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə görə prokurorluq orqanlarının 38 əməkdaşının yüksək dövlət mükafatları ilə təltif edilməsinin kollektivin böyük sevincinə səbəb olduğu qeyd edilib.






Son Xəbər