XƏBƏR, SOSİAL
25-01-2021, 09:00

Şəmkirdə "Aprel döyüşləri"nin iştirakısına yüksək vəzifə tapşırıldı

Şəmkirdə "Aprel döyüşləri"nin iştirakısına yüksək vəzifə tapşırıldı

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Seyfəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yeni kadr təyinatı olub.

Qərbinfo.az xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Möhsümov Babək Zaməddin oğlu Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Seyfəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin edilib.

1993-cü ildə anadan olan B.Möhsümov Gəncə Dövlət Universitetini bitirib.

Qeyd edək ki, Babək Möhsümov "Aprel döyüşləri"nin iştirakçısıdır.
Şəmkirdə "Aprel döyüşləri"nin iştirakısına yüksək vəzifə tapşırıldı






Son Xəbər