XƏBƏR, MANŞET-SLAYDER, SOSİAL
23-01-2021, 19:56

Şəmkirdə qazilərlə görüşlər davam etdirilir

Şəmkirdə qazilərlə görüşlər davam etdirilir

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri tərəfindən 2-ci Qarabağ müharibəsi qaziləri ilə ailələrində görüşlər keçirilir. Onların mövcud problemlərinin araşıdırılması və həlli məqsədi ilə müraciətləri dinlənilir. Müraciətlərdə qeyd edilən məsələlərin həll olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Qərbinfo.az xəbər verir ki, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev rayonun Dəllər qəsəbəsində yaşayan müharibə qaziləri ilə ailələrində görüş keçirib.

Birinci müavin Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun salam və ehtiramlarını qazi ailələrinə çatdırıb, onları qazanılan tarixi qələbə münasibəti ilə təbrik edib.

Q.Əliyev rayon İcra Hakimiyyəti tərəfindən şəhid və qazi ailələrinə xüsusi qayğı və diqqətin göstərilməsi məqsədi ilə həyata keçirilən tədbirlər barədə məlumat verib.

Sonra görüş çərçivəsində qazilərin müraciətləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qazilər onlara göstərilən xüsusi qayğı və diqqətə görə dövlətimizin başçısına minnətdarlıq ediblər.

Qeyd edək ki, Şəmkir rayonunda 2-ci Qarabağ müharibəsində iştirak etmiş 131 nəfər qazi yaşayır.

Son Xəbər