XƏBƏR, SOSİAL
22-01-2021, 14:34

Şəmkirdə günün birinci yarısınadək 187 nəfər peyvənd olunub

Şəmkirdə günün birinci yarısınadək 187 nəfər peyvənd olunub

Xəbər verdiyimiz kimi ötən gün Şəmkir rayonunda koronavirus əleyihinə peyvəndlənmə prosesi öz işinə başlayıb.

Qərbinfo.az xəbər verir ki, bugün Şəmkir Rayonun Mərkəzi Xəstəxanasında, sanitar qaydalara əməl olunmaqla həyata keçirilən vaksinasiya prosesində saat 10:00-dan, saat 14:00-a dək 187 nəfər tibb işçisi peyvənd olunub.

Peyvənd olunan şəxslər tibb işçilərinin nəzarəti altında 30 dəqiqə gözləyib. Peyvənd olunanların səhhətində hər hansı bir problem müşahidə olunmayıb.

İş saatının sonunadək 300-dən çox nəfərin vaksinasiya olunacağı nəzərdə tutulur.

Qeyd edək ki, ilkin mərhələdə rayonun tibb işçilərinin peyvəndlənməsi nəzərdə tutulub. Bundan sonra, proses vaksinasiya strategiyasına uyğun olraq davam etdiriləcək.






Son Xəbər