
Fevralın 1-dən mərhələli şəkildə tədris bərpa olunur.
Qərbinfo.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev ənənəvi tədrisin başlanmasına həsr olunmuş brifinqində deyib.
Onun sözlərinə görə, fevral 1-dən Bakı, Sumqayıt şəhərləri və Abşeron yarmadası, eləcə də bütün ölkə ərazisində ibtidai siniflər, məktəbədhazırlıq qrupları və icma əsaslı məktəbəqədər qrupların əyani təhsili qismən başlayır.
“Böyük şəhərlərdə həftədə 3 dəfə olmaqla, digər bölgələrdə sıxlıq imkan verdikcə həftədə 4 və ya 5 dəfə olamqla tədrisin bərpa olunması ilə bağlı qərar verilib”.