XƏBƏR, SİYASƏT
22-01-2021, 10:25

Paşinyanın deputatlara verdiyi sual ictimai narazılığa səbəb olub

Paşinyanın deputatlara verdiyi sual ictimai narazılığa səbəb olub

Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə deputatlarn suallarını cavablandıran zaman Şuşa haqqında söylədikləri Ermənistanda rezonans doğurub.

Nikol Paşinyan müxalifət "Çiçəklənən Ermənistan" partiyasından olan deputat Naira Zohrabyanın sualına cavab verərkən deyib: “Qarabağ münaqişəsi başlayana qədər Şuşa sakinləri arasında azərbaycanlıların sayı 90 faizdən çox idi. Yəni siz demək istəyirsiniz ki, əhalisinin 90 faizindən də artığı azərbaycanlılar olmuş Şuşa statusuna görə erməni şəhəridir?!”.

Qərbinfo.az xəbər verir ki, Paşinyanın deputatlara bunu sual etməsi, erməni cəmiyyətində narazılıq yaradıb.

Politoloq Qagik Hambaryan baş nazirin bu həqiqəti dilə gətirməsindən sonra “Nikol xəyanətin simvoludur” deyib.






Son Xəbər