XƏBƏR, SİYASƏT
15-01-2021, 20:19

Əfqanıstan Azərbaycana haqq işində həmişə dəstək verib - Səfir

Əfqanıstan Azərbaycana haqq işində həmişə dəstək verib - Səfir

Əfqanıstan Azərbaycana haqq işində həmişə dəstək verib.

Qərbinfo.az-ın məlumatına görə, bunu Əfqanıstanın Azərbaycandakı səfiri Amanullah Ceyhun Milli Məclisin Sədri Sahibə Qafarova ilə görüşdə deyib.

Səfir Azərbaycan parlamentində Əfqanıstanda səfirliyinin açılması ilə bağlı qəbul olunmuş qərarı Azərbaycan tərəfinin iki ölkə arasında dostluğa verdiyi yüksək dəyərin nümunəsi kimi qiymətləndirib.

Sonra qonaq Əfqanıstan parlamentinin fəaliyyəti barədə danışaraq, hər iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlığın daha da dərinləşməsinin əhəmiyyətini qeyd edib. Diplomat deyib ki, bu əlaqələrin müxtəlif platformalarda daha da genişləndirilməsi qarşıya qoyulan məqsədlərə çatmaqda əhəmiyyətli rol oynaya bilər.

Görüşdə, həmcinin iki ölkənin parlamentlirində təmsil olunan qadın deputatlar arasında mütəmadi görüşlərin təşkili, qadın və uşaq hüquqlarının müdafiəsi, elm, təhsil, mədəniyyət, humanitar sahələrdə əməkdaşlığın dərinləşməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.






Son Xəbər