XƏBƏR, SOSİAL
15-01-2021, 15:50

Görüşdə qazilərin ən böyük istəyi şəhidlərin məzarlarını ziyarət etmək oldu - ŞƏMKİR

Görüşdə qazilərin ən böyük istəyi şəhidlərin məzarlarını ziyarət etmək oldu - ŞƏMKİR

Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri tərəfindən 2-ci Qarabağ müharibəsi qaziləri ilə ailələrində görüşlər keçirilir. Onların mövcud problemlərinin araşıdırılması və həlli məqsədi ilə müraciətləri dinlənilir. Müraciətlərdə qeyd edilən məsələlərin həll olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Qərbinfo.az xəbər verir ki, növbəti görüş Rayon İcra Hakimiyyətinin məsul işçisi tərəfindən rayonun Zəyəm Cırdaxan və Tatarlı kəndlərində yaşayan qazilərlə baş tutub.

Görüş zamanı qazilərin ən böyük arzu və istəkləri birlikdə şəhidlərin məzarlarının ziyarət etmək oldu. Onların istəkləri Rayon İcra Hakimiyyətinin əməkdaşı tərəfindən gerçəkləşdirildi.

Qeyd edək ki, Şəmkir rayonunda 2-ci Qarabağ müharibəsində iştirak etmiş 131 nəfər qazi yaşayır.

Son Xəbər