XƏBƏR, SİYASƏT
15-01-2021, 11:28

Rusiya və İran XİN rəhbərləri Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcək

Rusiya və İran XİN rəhbərləri Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcək

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yanvarın 26-da Rusiyaya səfər edəcək.

Qərbinfo.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, iranlı nazir rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək və bir sıra beynəlxalq məsələlərlə, o cümlədən Dağlıq Qarabağdakı vəziyyətlə bağlı məsələni müzakirə edəcək.

İranın nüvə proqramı, Suriyada, Əfqanıstanda və Fars körfəzi ətrafında vəziyyət də müzakirə mövzusu olacaq.






Son Xəbər