XƏBƏR, MANŞET-SLAYDER, SOSİAL
15-01-2021, 10:26

Şəmkir qazisi uğurlu müalicədən sonra sağlamlığına qovuşub

Şəmkir qazisi uğurlu müalicədən sonra sağlamlığına qovuşub

Ölkəmiz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında 44 günlük Vətən müharibəsindən alnıaçıq çıxdı. Bizə qalib ölkə sevinci yaşadan əsgərlərimizidən kimi şəhid olaraq ən böyük zirvəyə qalxdı, kimisi isə qazi olaraq qalib əsgər kimi evinə döndü.

Bugün Şəmkir rayonunda Şəhid ailələri kimi müharibə qaziləri də diqqət mərkəzində saxlanılır.

Qeyd edək ki, mədəniyyət beşiyimiz olan Şuşa uğrunda gedən döyüşlərdə yarlanan şəmkirli qazi İslam Həsənovun dili tutulmuşdu. Qazimizin sağlamlığının bərpası üçün Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən “MEDİKUS CLİNİC-ə müraciət olundu. Klinika tərəfindən müraciətə anında həssaslıqla yanaşılaraq qazimizin dərhal müayinə və müalicəsinə başlanılmışdı.

Qərbinfo.az-ın məlumatına görə, həkim Şəfa Cavadova tərəfindən aparılan uğurlu müalicə nəticəsində qazimizin səhətindəki problem aradan qaldırılıb. Artıq o, danışa bilir.

Şəmkir RİH kollektivi və bütün şəmkirlilər “MEDİKUS CLİNİC”ə və Həkim Şəfa Xanım Cavadovaya minnətdarlıq hisslərini ifadə edirlər.






Son Xəbər