XƏBƏR, MANŞET-SLAYDER, SOSİAL
15-01-2021, 09:59

Şəmkir RİH-in yanında advermə komissiyası öz işinə başlayıb

Şəmkir RİH-in yanında advermə komissiyası öz işinə başlayıb

"Bugün biz qəhrəmanlarımızın adının əbədiləşdirilməsi kimi böyük bir misiyanı yerinə yetirməklə Azərbaycan xalqının yazdığı qəhrəmanlıq səlnaməsini gəlcək nəsillərə, onların vətənpərvərlik ruhunda daha da inkişaf etməsinə töhüfə vermiş oluruq."

Qərbinfo.az xəbər verir ki, bu fikirləri Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alipaşa Məmmədov Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən advermə komissiyasının öz işinə başlaması ilə əlaqədar olaraq xeyir-duasında səsləndirib.

Qeyd edək ki, şəhid ailələri Şəmkir Rayon İcra Hakimiyyətinə müraciətlərində şəhidlərin adının əbədiləşdirilməsini xahiş etmişdir. Edilən müraciətlərə əsasən Şəmkir Rayon İcra Hakimiyyəti yanında advermə komissiyası öz işinə başlayıb.

Hal-hazırda komissiyada 60 şəhidin adının əbədiləşdirilməsi məsələsinə baxılır.






Son Xəbər