XƏBƏR, SOSİAL
14-01-2021, 17:51

Magistraturaya sənəd qəbulu yanvarın 30-na qədər başlaya bilər

Magistraturaya sənəd qəbulu yanvarın 30-na qədər başlaya bilər

Magistratura imtahanları ilə bağlı sənəd qəbulunu yanvarın 30-na qədər başlamaq istəyirik, lakin bu, ölkədəki karantin rejimindən asılı olacaq.

Qərbinfo.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

M.Abbaszadə bildirib ki, imtahanlarla bağlı məlumat dəqiqləşdirildikdən sonra veriləcək: “Keçən il müəyyən imtahanlarla bağlı razılıq verilmişdi, sonra vəziyyətlə əlaqədar imtahan keçirə bilmədik. Ona görə tam məlumat olandan sonra həmin tarixləri açıqlayacağıq”.






Son Xəbər