XƏBƏR, İDMAN
13-01-2021, 21:54

Dünya çempionatı qapalı keçiriləcək

Dünya çempionatı qapalı keçiriləcək

Yanvarın 13-də Misirdə həndbol üzrə kişilər arasında 27-ci dünya çempionatına start verilib.

Qərbinfo.az xəbər verir ki, Təşkilat Komitəsinin qərarına əsasən, COVID-19 pandemiyası ilə əlaqədar bütün matçlar azarkeşsiz keçiriləcək. Bundan başqa, hər 72 saatdan bir oyunçular, məşqçilər və hakimlər məcburi koronavirus testindən keçəcək, idman komplekslərində gündəlik dezinfeksiya işləri aparılacaq. İdmançıların qaldıqları otellərdə səyyar hospital və yoluxma şübhəsi olanlar üçün izolyasiya otaqları hazırlanıb. Mətbuat nümayəndələri də oyunları virtual olaraq işıqlandıracaq və matçların keçirildiyi idman komplekslərinə buraxılmayacaqlar.

Beynəlxalq Həndbol Federasiyasının qərarı ilə builki dünya çempionatı 27 deyil, 32 milli komandanın iştirakı ilə keçirilir. Onlar ilk mərhələdə səkkiz qrupda mübarizə aparacaqlar. Hazırkı dünya çempionu Danimarka Misirdə keçiriləcək çempionatda öz titulunu qorumağa çalışacaq. Oyunlar Qahirə, İsgəndəriyyə, Giza və Yeni Qahirədəki idman komplekslərində keçirilir.






Son Xəbər