XƏBƏR, DÜNYA
13-01-2021, 23:30

Gürcüstanda koronavirusun üçüncü dalğası gözlənilir

Gürcüstanda koronavirusun üçüncü dalğası gözlənilir

“Gürcüstanda koronavirusun üçüncü dalğasının fevral ayının ikinci yarısında başlayacağı gözlənilir”.

Qərbinfo.az xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Yekaterina Tikaradze deyib.

Nazir bildirib ki, infeksiyanın yayılmasını minimuma endirmək üçün dünya təcrübəsindən istifadə olunmalıdır. Hökumət bununla əlaqədar müvafiq addımlar atacaq.

Onun sözlərinə görə, Gürcüstan üçüncü dalğaya effektiv formada müqavimət göstərməlidir və bunu da edəcək”.






Son Xəbər