XƏBƏR, SİYASƏT
13-01-2021, 20:15

Ermənistan prezidenti xəstəxanaya yerləşdirilib

Ermənistan prezidenti xəstəxanaya yerləşdirilib

Ermənistan prezidenti Armen Sarkisyanın səhhəti ilə bağlı vəziyyəti ağırlaşıb. Koronavirusun yeni növünə yoluxan və evdə müalicə alan prezident xəstəxanaya yerləşdirilib.

Qərbinfo.az xəbər verir ki, bunu Ermənistanın Prezident Aparatının mətbuat xidməti açıqlayıb.

Bildirilir ki, prezident Sarkisyanda yüksək hərarət və ikitərəfli pnevmoniya da daxil olmaqla, koronavirus xəstəliyinə xas simptomlar var.

Xatırladaq ki, Ermənistan prezidenti Armen Sarkisyana yanvarın 5-də koronavirus diaqnozu qoyulub.

Onun həyat yoldaşı Nune Sarkisyanda da COVID-19 aşkarlanıb və o da müalicə olunur.






Son Xəbər