XƏBƏR, SOSİAL
13-01-2021, 18:55

Qazilər növbəsiz reabilitasiya vasitələri ilə təmin ediləcək

Qazilər növbəsiz reabilitasiya vasitələri ilə təmin ediləcək

2020-ci il 27 sentyabr tarixindən başlayan hərbi əməliyyatlar zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların əyani müayinə keçirməklə əlilliyi qiymətləndiriləcək.

Qərbinfo.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun bu gün imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların tibbi-sosial ekspertizası ilə bağlı bəzi məsələlər barədə” qərarda qeyd olunub.

Qərara əsasən, bununla bağlı məsələ Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların tibbi-sosial ekspertizası ilə bağlı məsələlərin operativ, vaxtında, keyfiyyətlə və mərkəzləşmiş şəkildə həllinin təmin edilməsi məqsədilə yaradılan komissiyaya tapşırılıb.

Komissiyaya, həmçinin əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların reabilitasiya vasitələri ilə növbədənkənar təmin edilməsi və əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların reabilitasiyası ilə əlaqədar zəruri tədbirlərin görülməsi də tapşırılıb.






Son Xəbər